Misirdə təyyarə qəzasında ölənlərdən 28-nin kimliyi müəyyənləşdirilib

Misirdə təyyarə qəzasında ölənlərdən 28-nin kimliyi müəyyənləşdirilib
# 03 noyabr 2015 18:15 (UTC +04:00)

Bakı-APA. Misirdə qəzaya uğramış təyyarədə ölənlərin yaxın və qohumları 28 nəfərin meyitini tanıyıb.

APA-nın TASS agentliiynə istinadən verdiyi məlumata görə, bunu Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib.

“Məndə olan məlumata görə, indiyədək 28 meyit tanınılıb”, deyə A.Drozdenko bildirib.

Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb. Ölənlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır. Təyyarədə həmçinin 4 Ukrayna və 1 Belarus vətəndaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR