Ukrayna pravoslav kilsəsi Moskva patriarxlığından ayrılmaq istəyir

Ukrayna pravoslav kilsəsi Moskva patriarxlığından ayrılmaq istəyir
# 16 iyun 2016 13:22 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ukrayna Ali Radası Konstantinopol arxiyepiskopu, patriarx Varfolomeyə müraciət edərək ondan Ukrayna pravoslav kilsəsinin müstəqilliyi barədə qərar qəbul etməsini istəyib.

APA-nın “lenta.ru” ya istinadən verdiyi xəbərə görə, müraciətdə 1686-cı ildə qaydalara zidd şəkildə Kiyev kilsəsinin Moskva patriarxlığına bağlandığı bildirilir: "2014-cü il hadisələrindən sonra Ukrayna artıq Rusiyanın nə siyasi, nə də dini müstəmləkəsi olacaq ”.

Parlamentarlar hesab edir ki, Ukrayna pravoslav kilsəsi artıq müstəqil kilsə kimi fəaliyyətə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR