Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib - FOTO

Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib - <span style="color: red;">FOTO
# 27 may 2014 16:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutun­da Azərbaycan şairi Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.

Əlyazmalar İnstitutunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə institutun direktoru Teymur Kərimli bildirib ki, qədim Gəncə torpağının dahi Nizamidən sonra ədəbiyyata bəxş etdiyi görkəmli şairlərdən biri də Mirzə Şəfi Vazehdir. O, Şərqin orta əsr lirikasını Qərbdə səsləndirən şair sənətkar olub.

Dilçilik İnstitutunun şöbə müdiri Fəxrəddin Veysəlli Almaniyada Fridrix Bodenştedtin şəxsi arxivi, əlyazmaları üzərində çalışması barədə məlumat verərək, orada Vazehin şeirlər toplusunun aşkar edilmədiyini bildirib. O, Vazehin irsini tapmaq üçün Almaniyada və digər ölkələrdə axtarışlar aparmağa ehtiyac olduğunu söyləyib.

Sessiyanın sonunda tədbir iştirakçıları yekun bir təklif qəbul ediblər. AMEA Rəyasət Heyətindən xahiş edilib ki, Mirzə Şəfi şəxsiyyəti, onun itmiş ədəbi irsinin orijinalları haqqında dolğun məlumat əldə etmək üçün dilçi, ədəbiy­yatşünas və tarixçi mütəxəssislərdən ibarət xüsusi bir heyət yaradılsın, məsələnin dərindən araşdırılması məqsədilə heyət üzvlərinin Almaniya və Polşaya uzun müddətli ezamiyyətləri təşkil edilsin. Əldə olunacaq məlumatlar təhlil olunaraq elmi ictimaiyyətə çatdırılsın.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR