“Elektron hökumət” portalında göstərilən elektron xidmətlərin sayı 417-yə çatıb

“Elektron hökumət” portalında göstərilən elektron xidmətlərin sayı 417-yə çatıb
# 04 may 2015 09:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanın dövlət qurumlarının “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərin sayı 417-yə çatıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, hazırda Nazirlər Kabinetinin təsdiq etdiyi 452 e-xidmətdən 333-ü portala inteqrasiya olunub.

Ümumilikdə dövlət saytlarında yerləşdirilən elektron xidmətlərin sayı isə 481 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR