“Bank VTB (Azərbaycan)” “İdeyalar Bankı” müsabiqəsinə yekun vurub - FOTO

“Bank VTB (Azərbaycan)” “İdeyalar Bankı” müsabiqəsinə yekun vurub - <span style="color: red;">FOTO
# 25 aprel 2014 11:25 (UTC +04:00)

Bakı - APA-Economics. Bank VTB (Azərbaycan) “İdeyalar Bankı” müsabiqəsi üzrə “Qızıl ideya” nominasiyasında qalibi təbrik edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Gəncə şəhər sakini Qafarov İlham Qafar oğlu, bank reklamının fərdi adaptasiyası layihəsi üzrə mükafata layiq görülüb.

Bankın Şəbəkənin inkişafı idarəsinin rəisi Toğrul Əliyev müsabiqənin qalibini təbrik edərək, İlham Qafarova pul mükafatı və xatirə hədiyyələri təqdim edib.

İlham Qafarov bank reklamının istehlakçıya uyğun şəkildə fərdi adaptasiyası üzrə təqdim etdiyi layihə ilə “Qızıl İdeya” nominasiyasında digər müsabiqə iştirakçılarından seçilib. İdeya daxili bazarda reklam siyasətinin səmərəliliyinin artırılmasına yönəldilib və Layihənin gerçəkləşməsi çarpaz satışların artırılmasını nəzərdə tutub.

Toğrul Əliyev bank rəhbərliyinin müvafiq aksiyaların keçirilməsində maraqlı olduğunu bildirərək, bu cür tədbirlər işin səmərəliliyini artırdığını, ən qabaqcıl təcrübənin və yeni məhsulların tətbiqi prosesində müştərilərlə əks əlaqəni təmin etdiyini vurğulayıb.

Xatırladaq ki, “İdeyalar Bankı” müsabiqəsi üç ay davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR