İranda azərbaycanlı zəvvarları daşıyan sərnişin avtobusu qəzaya uğrayıb, yaralananlar var - VİDEO

İranda azərbaycanlı zəvvarları daşıyan sərnişin avtobusu qəzaya uğrayıb, yaralananlar var - <span style="color: red;">VİDEO
# 13 aprel 2014 11:57 (UTC +04:00)

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, hadisə aprelin 13-də Ərdəbil vilayətində, Sərçəm-Ərdəbil yolunun 95-ci kilometrliyində Bakı vaxtı ilə saat 04:15-də Azərbaycan vətəndaşlarının Kərbəla və Məşhəd ziyarətindən qayıtdıqları zaman baş verib. Qəza nəticəsində yanğın baş verən “Scania 86” markalı avtobusda 31 sərnişin olub. Nəticədə 3 azərbaycanlı zəvvar ağır bədən xəsarəti alıb. Onlar təcili yardım maşını ilə dərhal xəstəxanaya çatdırılıb və vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Onların hələlik ad və soyadları açıqlanmayıb. Digər sərnişinlər isə avtobusdan təxliyə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR