Hüseyn Cavidin Ev Muzeyində “Açıq qapı” günü keçirilib

Hüseyn Cavidin Ev Muzeyində “Açıq qapı” günü keçirilib
# 17 may 2014 14:40 (UTC +04:00)

Bakı - APA. AMEA Hüseyn Cavidin Ev Muzeyində 18 may - Beynəlxalq Muzeylər günü münasibətilə “Açıq qapı” günü keçirilib.

Muzeydən APA-ya verilən məlumata görə, ötən ildən fərqli olaraq, bu il AMEA Hüseyn Cavidin Ev Muzeyi Beynəlxalq Muzeylər Şurasının (İCOM) xətti ilə “Muzey kolleksiyaları ünsiyyət yaradır” mövzusunda keçirilən “Avropa Muzeylər Gecəsi” tədbirində iştirak edib.

Bu münasibətlə Hüseyn Cavidin Ev Muzeyini gün ərzində 250-dən çox tamaşaçı ziyarət edib və onlara muzeyin bələdçiləri tərəfindən H.Cavidin həyat və yaradıcılığı, eləcə də muzeyin ekspozisiyası haqqında ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR