Qırğızıstanın fövqəladə hallar naziri Azərbaycanda səfərdədir - FOTOSESSİYA - VİDEO

Qırğızıstanın fövqəladə hallar naziri Azərbaycanda səfərdədir - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 15 yanvar 2014 08:32 (UTC +04:00)

APA-nın məlumatına görə, Qırğızıstan nümayəndə heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, daha sonra Şəhidlər xiyabanını ziyarət edib, H. Əliyevin məzarı və “Əbədi Məşəl” Kompleksinin önünə əklil qoyub.

Jurnalistlərə açıqlamasında K. Boronov qeyd edib ki, səfər iki ölkənin fövqəladə hallar orqanları arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Hazırda Qırğızıstan və Azərbaycan FHN-ləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən nazir keçiriləcək görüşlərdə gələcək planların müzakirə olunacağını bildirib.

Qeyd edək ki, 3 gün davam edəcək səfər çərçivəsində Qırğızıstan nümayəndə heyəti Azərbaycan FHN-in bir sıra qurumları ilə də tanış olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR