Azərbaycan Milli Məclisi iki sənədi ratifikasiya edib

Azərbaycan Milli Məclisi iki sənədi ratifikasiya edib
# 14 fevral 2014 11:24 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında bir sıra sənədlər təsdiq olunub.

APA-nın məlumatına görə, bunlar “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında" Saziş və Azərbaycan Respublikasının "Beynəlxalq Üzüm və Şərab Təşkilatının təsis edilməsi haqqında" Sazişə qoşulması haqqında qanun layihəsidir.

Hər iki sənəd səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR