«Fövqəladə hallarda özünü necə aparmalı» mövzusunda maarifləndirmə tədbiri keçirilib - VİDEO - FOTOSESSİYA

«Fövqəladə hallarda özünü necə aparmalı» mövzusunda maarifləndirmə tədbiri keçirilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 22 noyabr 2013 09:24 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən Nəsimi rayonunda 5 nömrəli orta məktəbdə «Fövqəladə hallarda özünü necə aparmalı» mövzusunda maarifləndirmə tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti, FHN Tibb Xidməti, Mülki Müdafiə Qoşunları, Bakı Təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, bu silsilə tədbirlər Bakı şəhərinin bütün rayonlarının icra hakimiyyətləri, bələdiyyələri, orta və ali təhsil müəssisələri ilə birgə keçirilir. Tədbirdə məqsəd fövqəladə hallar zamanı hərəkət qaydalarını aşılamaq, qarşısını almaq və ya baş vermiş hadisənin nəticələrinin aradan qaldırılmasında insanlara kömək etməkdir.

Tədbir çərçivəsində məktəbin müəllim və şagird heyətinə müxtəlif fövqəladə hallar zamanı necə davranılması barədə bilgilər verilib. FHN-in istifadəsindəki avadanlıqlar nümayiş olunub. Sonda axtarış xilasetmə əməliyyatı üzrə nümunəvi praktik təqdimatlar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR