Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
# 28 fevral 2014 15:27 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Martın 4-də Serbiyada Azərbaycanla Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iclasda Komissiyanın 2-ci iclasından ötən dövrdə görülmüş işlər, Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycanla Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Serbiya tərəfdən isə baş nazirin müavini, xarici və daxili ticarət və telekommunikasiya naziri Rasim Lyaiçdir.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Serbiyaya səfəri çərçivəsində bir sıra görüşlər də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR