Yanvarda Azərbaycanın xarici ticarət dövriyyəsində 2,1 mlrd. dollarlıq müsbət saldo yaranıb

Yanvarda Azərbaycanın xarici ticarət dövriyyəsində 2,1 mlrd. dollarlıq müsbət saldo yaranıb
# 07 mart 2014 12:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın rezidentləri dünyanın 101 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 46 ölkəyə əmtəə ixrac olunub, 99 ölkədən idxal olunub.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, xarici ticarət dövriyyəsi iştirakçılarının 39-u Avropa, 17-i Amerika, 34-ü Asiya ölkələri və digərləridir.

Ay ərzində xarici ticarət dövriyyəsi 3,2 mlrd. ABŞ dolları, o cümlədən ixrac 2,7 mlrd. dollar, idxal isə 535,2 mln. dollar təşkil edib, nəticədə 2,1 mlrd. dollarlıq müsbət saldo yaranıb.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar ayı ilə müqayisədə 8,0% artaraq 119,1 mln. dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR