Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 14 noyabr 2013 06:11 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,84 dollar və ya 0,9% artaraq 1 barelə görə 93,88 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, noyabrın 13-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,31 dollar və ya 1,2% artaraq 107,12 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR