İranda 7 nəfər edam edilib

İranda 7 nəfər edam edilib
# 17 may 2013 06:58 (UTC +04:00)
APA-nın məlumatına görə, məhbuslar narkotik maddələrin qaçaqçılığında günahlandırılaraq dara çəkiliblər.

Onların ad və soyadları açıqlanıb. Bunlar Cahangir Gərgid, Haşim Baharəli, Şəhram Həsənzadə, Nemət Rəcəbi, Fərhad Şirazi, Məhəmməd Zarei və Turac Əminidir. Məhbuslar barəsində aşağı instansiya məhkəməsinin çıxardığı ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 16-da səhər saatlarında Rəşt şəhərinin mərkəzi həbsxanası olan Lakan zindanında icra edilib.

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar. Ümumiyyətlə, İranda narkotik maddələrin qaçaqmalçılığı, təcavüz, qətl, silahlı soyğun kimi cinayətlərə görə ölüm cəzası verilir.

Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, 4 nəfər Kirmanşah, 3 nəfər İsfahan, 3 nəfər Şahrud və 1 nəfər də Simnan şəhərində dara çəkilib. Bu həftə isə 3 nəfər Kərəc, 1 nəfər isə Noşəhr şəhərində edam edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR