«Nar Mobile» abunəçilərinə yeni imkan təqdim edib

«Nar Mobile» abunəçilərinə yeni imkan təqdim edib
# 03 oktyabr 2013 09:01 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) bu dəfə yeni təklifini potensial “Nar Mobile” abunəçilərinə yönəlib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Nar Mobile” mobil operatorunun yeni abunəçiləri artıq şəbəkəyə qoşulmanın üstünlüklərini ilk andan etibarən hiss etməyə başlayacaqlar. Belə ki, əldə edilən “Nar” nömrəsinin dəyərindən asılı olmayaraq, artıq hər bir yeni abunəçinin balansına dərhal 3 AZN hədiyyə ediləcək.

Hədiyyə kimi təqdim edilən məbləğ yeni nömrə aktivləşdirildikdən sonra avtomatik olaraq balansa yüklənilir. Bu məbləğdən ölkə daxili zənglər, SMS və İnternet, eləcə də istənilən tarif və ya kampaniyaya qoşulmaq üçün istifadə edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR