Azərbaycan ərazisinə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb - VİDEO

Azərbaycan ərazisinə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb - <span style="color: red;">VİDEO
# 25 dekabr 2013 11:28 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, DSX-nin və Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində dekabrın 20-də Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Yevlax rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədov Hacı Vaqif oğlu ümumi çəkisi 11,7 kiloqram olan marixuana ilə saxlanılıb. Onunla birlikdə olan və “VAZ-21015” markalı 15-BM-895 dövlət nömrə nişanlı avtomaşınla hadisə yerindən qaçan Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1979-cu il təvəllüdlü Nağıyev Ramin Hüseynağa oğlu aparılmış axtarış tədbirləri nəticəsində dekabrın 22-də tutulub.

Faktla bağlı DSX tərəfindən araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR