Dövlət Baytarlıq Xidməti bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Dövlət Baytarlıq Xidməti bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
# 28 dekabr 2013 08:59 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Digər bayramlarda olduğu kimi, Dövlət Baytarlıq Xidməti Yeni ildə də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək”. Bunu APA-ya açıqlamasında DBX-nın mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Y.Xanvəli bildirib ki, bayramla əlaqədar paytaxta gətirilən quşların tam müayinəsinin aparılması üçün Bakı Şəhər Baytarlıq İdarəsinə, bölgələrdə isə rayon baytarlıq idarələrinə göstəriş verilib: “Əgər bu proses rayonların daxilində aparılırsa, baytarlıq arayışı əsasında müayinələr aparılacaq. Müayinə aparıldıqdan sonra isə onların satışına icazə veriləcək. Yox, əgər rayonlardan Bakıya gətirilirsə, baytarlıq sertifikatı əsasında yoxlamalar aparılacaq, rayonlardan verilmiş arayış bizə təqdim olunacaq”.

Y.Xanvəli onu da əlavə edib ki, heyvanın xəstə olması ehtimalı olarsa, laboratoriyalarda yoxlama aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR