Rusiyanın Ermənistandakı 102-ci bazasının ərazisi genişləndirilir

Rusiyanın Ermənistandakı 102-ci bazasının ərazisi genişləndirilir
# 21 noyabr 2013 13:22 (UTC +04:00)

APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan Ermənistan hökumətinin iclasında müvafiq qərar layihəsini təqdim edərkən deyib.

Bazaya helikopter eskadrilyası üçün dayanacaq, inzibati binaların və yanacaq-sürtgü materiallarının saxlanması üçün anbarların yerləşəcəyi ərazilər veriləcək.

Qərar Ermənistan-Rusiya hökumətlərarası komissiyasının 8-ci iclasının hər iki tərəfin öhdəliklərini nəzərdə tutan protokolu çərçivəsində qəbul olunub. Belə ki, Rusiya tərəfi 102-ci bazanı gücləndirməyi təklif edib və bu məqsədlə noyabr ayında Ermənistana 18 ədəd helikopter göndərməyə qərar verib. Bazaya verilən yeni ərazi bu texnikanı yerləşdirmək üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR