Türkiyə vətəndaşı Bakıda toyda ölüb

Türkiyə vətəndaşı Bakıda toyda ölüb
# 28 oktyabr 2013 07:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda toy mərasimində ölüm hadisəsi baş verib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon ərazisində yerləşən şadlıq sarayından birində keçirilən toy mərasimində qonaq qismində iştirak edən, Türkiyə vətəndaşı, 1961-ci il təvəllüdlü Portakal Önder Enver qəfildən dünyasını dəyişib.

Onun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR