“Azercell” Şərurda yeni Ekspres ofisini istifadəyə verdi

“Azercell” Şərurda yeni Ekspres ofisini istifadəyə verdi
# 04 aprel 2014 13:53 (UTC +04:00)

Bakı – APA-Economics. “Azercell” şirkəti bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyasının tərkib hissəsi olaraq aprelin 4-dən etibarən Naxçıvan Muxtar Respublikasında yeni “AzEks” ofisini abunəçilərin ixtiyarına verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Şərur şəhəri Kapitan Seyidov küçəsi, 1 ünvanında yerləşən ofisdə abunəçilər eyni anda 3 növ xidmətdən yararlana biləcəklər. Belə ki, yeni ofis hamı üçün rahat olan “bir nöqtədə üç xidmət” (“one-stop shopping”) konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər “Azercell Ekspres” ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.

Xatırladaq ki, məhz “Azercell Telekom” 2004-cü il avqustun 27-də Bakıda ilk “Azercell Ekspres” ofisini istifadəyə verməklə MDB dövlətləri arasında öz abunəçilərinə bu xidmət konsepsiyasını təqdim edən ilk şirkət oldu.

Ölkənin lider mobil operatoru “Azercell” şirkətinin bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyası çərçivəsində yeni “AzEks” ofisləri, eyni zamanda sırf regionlar üçün nəzərdə tutulmuş bir sıra kampaniya və məhsullar, əsasən də, 3-cü dəqiqədən sonra şəbəkə daxili danışıqların pulsuz olmasını nəzərə alaraq abunəçilərə bütün istiqamətlərdə 5 qəpik tarifi ilə danışmağa imkan verən regional “Bolge” tarifini tətbiq edib.

Onu da vurğulamaq yerinə düşər ki, “Azercell” artıq bir neçə ildir ki, Naxçıvanda əhəmiyyətli layihələr həyata keçirir. Ötən il Naxçıvan Dövlət Universitetində Tələbə Təqaüd Proqramının həyata keçirilməsinə başlanılıb. “Azercell”-in bu proqramı istedadlı tələbələrə aylıq 200 AZN məbləğində təqaüd almaq imkanını verir.

Bundan əlavə, Naxçıvan Dövlət Universitetində tələbələr üçün 4G sınaq laboratoriyası istifadəyə verilib. Bu layihə universitetin 108 hektarlıq ərazisində 4 mindən artıq tələbəyə 4G texnologiyasının təqdim etdiyi üstünlüklərdən faydalanmaq imkanını verir. Yeni açılan “AzEks” ofisi isə Naxçıvan sakinlərinin etibarlı rabitə ilə yanaşı, həm də rahat müştəri xidmətlərindən yararlanmasına şərait yaradacaq.

Şəbəkəsini və əhatə dairəsini genişləndirən “Azercell”-in hal-hazırda Bakıda 19, regionlarda isə 30 “Ekspres” ofisi fəaliyyət göstərir. Bundan əlavə “Azercell”-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti mövcuddur. Şərurda açılan yeni ofis abunəçilərə operativ və rahat xidmət göstərməklə yanaşı, eyni zamanda ölkənin ən nümunəvi və peşəkar abunəçi xidmətindən yararlanmağa imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR