Azərbaycanda mobil rabitədən gəlirlər 7% artıb

Azərbaycanda mobil rabitədən gəlirlər 7% artıb
# 25 mart 2014 14:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın informasiya və rabitə sektorunda bu ilin yanvar-fevral aylarında təsərrüfat subyektlərinə və əhaliyə 243,9 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 11,2% çox xidmət göstərilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,4% təşkil edib.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 58,1%-i mobil telefon rabitəsindən yaranıb və 2013-cü ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 7,4% artaraq 141,7 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR