Rusiyanın QDİƏT ölkələrindəki səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Rusiyanın QDİƏT ölkələrindəki səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
# 25 dekabr 2013 10:53 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Odessada Rusiyanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələrindəki səfirlərinin müşavirəsi keçirilib.

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, xarici işlər nazirinin müavini, QDİƏT üzrə Rusiyanın idarələrarası komissiyasının sədri V. Nebenzanın sədrliyi ilə keçirilən müşavirədə Rusiyanın Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Serbiya, Türkiyə və Ukraynadakı diplomatik missiyalarının rəhbərləri, habelə, Rusiya XİN Mərkəzi Aparatının əməkdaşları iştirak ediblər.

Müşavirə zamanı QDİƏT çərçivəsində Rusiya xarici təsisatlarının fəaliyyətlərinin əlaqələndirilməsi, qarşılıqlı əlaqələrin aktual problemləri, çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yardım tədbirləri və Qara dəniz regionunda Rusiyanın maraqlarının təmin olunması haqqında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR