İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu qrant layihələrin qəbulunu davam edir

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu qrant layihələrin qəbulunu davam edir
# 17 aprel 2014 10:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi birinci qrant müsabiqəsində iştirak etmək üçün layihələrin qəbulu davam edir.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, layihələri qurumun rəsmi internet səhifəsindəki (www.ictfund.gov.az) e-qrant bölməsindən təqdim etmək mümkündür.

Qrant müsabiqəsi çərçivəsində fondda mütəmadi olaraq layihələrin təqdim olunması qaydaları ilə əlaqədar məlumat sessiyaları təşkil olunur.

Qrant müsabiqəsi ilə bağlı məlumat sessiyalarda iştirak etmək istəyən sahibkarlar fonda (Bakı ş. İnşaatçılar prospekti 2, Azərbaycan) bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək gələ bilərlər.

Qeyd edək ki, innovativ və tətbiqi elmi-texniki İKT layihələrin qəbulu 2 may 2014-cü il tarixədək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR