Sumqayıtda mənzildə köməksiz vəziyyətdə qalmış uşaq xilas olunub

Sumqayıtda mənzildə köməksiz vəziyyətdə qalmış uşaq xilas olunub
# 11 fevral 2014 17:33 (UTC +04:00)

Bakı-APA. Sumqayıtda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilin eyvanına xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək, içəri daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:30-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR