Qaxda beşotaqlı ev yanıb - VİDEO

Qaxda beşotaqlı ev yanıb - <span style="color: red;">VİDEO
# 18 iyun 2014 06:38 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qaxda yaşayış evi yanıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın rayonun Kötüklü kənd sakini, 46 yaşlı Babacanaşvili Mediko İvanovnaya məxsus, 5 otaq və 1 mətbəxdən ibarət, ümumi sahəsi 272 kv/m olan yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 15 nəfərdən ibarət şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində ev yanar konstruksiyaları və içərisindəki ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqda olan digər 2 yaşayış evi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR