BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası təxirə salınıb

BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası təxirə salınıb
# 08 mart 2014 01:51 (UTC +04:00)

Bakı – APA. Kiyevin təşəbbüsü ilə keçiriləcək BMT Təhlükəsizlik Şurasının növbəti iclası martın 10-dan tez baş tutmayacaq.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat katibi Yeqor Pivovarov bəyan edib.

“Şənbə gününə planlaşdırılan iclas təxirə salınıb”, deyə Pivovarov bildirib. Hazırda iclasın martın 10-da keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, son həftə ərzində BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə dörd görüşü baş tutub. Onlardan ikisi açıq, daha ikisi bağlı iclas rejimində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR