Oğurluqda təqsirli bilinən Masallı sakinləri tutulublar

Oğurluqda təqsirli bilinən Masallı sakinləri tutulublar
# 25 fevral 2014 12:49 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallıda oğurluq faktının törədilməsində şübhəli bilinən şəxslər yaxalanıblar.

Bu barədə məlumatı APA-nın cənub bürosuna Masallı Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi Elçin Fərəcov verib. Onun sözlərinə görə, rayonun Qasımlı kənd sakini Ceyhun Qulammirzəyev ərizə ilə polis şöbəsinə müraciət edərək ona məxsus fərdi təsərrüfatdan 14 baş qoyunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Polis Şöbəsinin əməkdaşları oğurluq faktının üstünü isti izlərlə açmağa müvəffəq olublar. Belə ki, müəyyən edilib ki, Kamran Xammədovun 4 baş qoyununu oğurlayan Masallı şəhər sakini, 1992-ci il təvəllüdlü Müşfiq İdris oğlu Əzimovdur. Saxlanılan M. Əzimovun ətrafında aparılan istintaq hərəkətlərindən onun həmyaşıdı, Masallı şəhər sakini Kamran Xammədovla birlikdə Ceyhun Qulammirzəyevə məxsus yardımçı təsərrüfatdan daha 10 baş qoyunun oğurladığı üzə çıxıb. K. Xammədov da şübhəli şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR