İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri xarici işlər nazirləri səviyyəsində davam etdirilə bilər

İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri xarici işlər nazirləri səviyyəsində davam etdirilə bilər
# 08 noyabr 2013 15:56 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri xarici işlər nazirləri səviyyəsində davam etdirilə bilər.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, ABŞ dövlət katibi Con Kerridən sonra Rusiya, Böyük Britaniya, Almaniya və Fransa xarici işlər nazirlərinin İsveçrəyə səfər edəcəkləri bildirilib. Sergey Lavrov, Uilyam Heyq, Gido Vestervelle və Loran Fabiusun bu gün axşam saatlarında Cenevrədə olacaqları qeyd edilib.

Qeyd edək ki, noyabrın 7-dən İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri keçirilir. “Altılıq” ölkələri İranın irəli sürdüyü təkliflər paketini qəbul edib və müzakirələrin ilk bununla bağlı tərəflər arasında ikitərəfli görüşlər keçirilib. Tərəflər arasında ilkin müqavilənin imzalanması üçün sənədin mətninin hazırlanması istiqamətində danışıqlar aparılır. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, ABŞ dövlət katibi Con Kerri və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında üçtərəfli görüşün keçiriləcəyi gözlənilir. Ona görə də bu gün sona çatması gözlənilən danışıqların müddətinin bir gün daha uzanacağı, yəni müzakirələrə noyabrın 9-da yekun vurulacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR