İran XİN Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin fəaliyyətini dayandırmasına münasibət bildirib

İran XİN Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin fəaliyyətini dayandırmasına münasibət bildirib
# 28 yanvar 2014 11:36 (UTC +04:00)

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, İran XİN-in sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik brifinqdə deyib ki, Azərbaycan Respublikasının müstəqilliyinin ilk vaxtlarından bu ölkədə humanitar fəaliyyətlər həyata keçirib.

“Hətta Azərbaycanın yüksək vəzifəli şəxsləri də Komitənin bu sahədəki addımlarını həmişə yüksək qiymətləndirib, təşəkkürlərini bildiriblər. Ancaq son illər bu ölkədə sosial-iqtisadi vəziyyətin dəyişməsi İranın İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin fəaliyyətinin dayandırılması haqda qərar qəbul edilməsinə səbəb oldu. Azərbaycanda humanitar sahədə yaxşı və gözəl işlər görən Komitə 20 ildən sonra öz ofisini bağladı. Bu mövzuda hər hansı siyasi rəng və çalar yoxdur”.

Qeyd edək ki, İranın İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi 1993-cü ildə təsis olunub, Azərbaycanın Ədliyyə Nazirliyi 2011-ci ildə bu qurumun qeydiyyatını ləğv edib. Rəsmi Bakı buna səbəb kimi Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdiyindən ölkədə xarici xeyriyyə təşkilatlarının fəaliyyət göstərməsinə ehtiyac duyulmadığını göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR