Bakıda UNESCO-nun treninq-seminarı keçiriləcək

Bakıda UNESCO-nun treninq-seminarı keçiriləcək
# 28 oktyabr 2013 16:26 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. UNESCO-nun Dünya İrs Mərkəzi tərəfindən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və UNESCO üzrə Milli Komissiyanın təşkilatçılığı ilə oktyabrın 29-dan 31-dək Bakıda Dünya İrs Mərkəzinin Periodik Hesabatlar üzrə Mərkəzinin, Cənubi və Şərqi Avropa ölkələri əlaqələndirici şəxslərinin və Azərbaycan üzrə UNESCO-nun Dünya İrs Siyahısında olan ərazilərin rəhbərlərinin treninq-seminarı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, treninq-seminarın keçirilməsində əsas məqsəd ərazisində dünya irsi abidəsi olan Mərkəzi, Cənubi və Şərqi Avropa ölkələri üzrə dövrü hesabatın hazırlanması, o cümlədən Mərkəz tərəfindən təqdim edilmiş Sorğunun mərkəzin rəsmi saytında onlayn rejimində cavablandırılması metodunun öyrənilməsidir.

Təbdir çərçivəsində qonaqların UNESCO-nun Dünya İrs Siyahısına daxil olunmuş abidələrə - "İçərişəhər" Dövlət Tarix-Memarlıq və Qobustan Milli Tarix-Bədii qoruqlarına səfərləri təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR