ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi postunu tərk edir

ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi postunu tərk edir
# 31 may 2014 02:33 (UTC +04:00)

APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu ATƏT sədrinin katibliyinin nümayəndəsi Roland Bless bəyan edib.

“Əvvəlcədən nəzərə tutulmuşdur ki, İşinqerin səlahiyyəti mayın 25-dək qüvvədə olacaq, diplomat məşğulluq səbəbindən mandatını uzatmamaq qərarına gəlib”, deyə Bless bildirib.

Xatırladaq ki, İşinqer öz fəaliyyətinə mayın əvvəlində başlamışdı. Onun iştirakı ilə üç “dəyirmi masa” keçirilib – Kiyev, Xarkov və Nikolayevdə. Ukraynanın cənubi-şərqindəki qondarma respublikaların nümayəndələri görüşlərdə təmsil olunmayıblar.

ATƏT-in yeni vasitəçisinin adı hələ ki bəlli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR