«NBC Bank»ın aktivləri 29% artıb

«NBC Bank»ın aktivləri 29% artıb
# 27 may 2013 13:09 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il aprelin 1-nə 88,769 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28,7% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 32,3% artaraq 74,123 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 58,452 mln. manat təşkil edib ki, bu da 2012-ci il aprelin 1-nə olan göstəriciyə nisbətən 35,7% çoxdur.

Bankın depozit portfeli son bir ildə 39,1% artaraq 42,007 mln. manata çatıb. Son bir ildə bankın məcmu kapitalı 45,7% artaraq 26,838 mln. manat, o cümlədən nizamnamə kapitalı 37,2% artaraq 22,535 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 10 filialı, 16 bankomatı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR