Ötən il Azərbaycandan 3,3 mln. ton tranzit Türkmənistan nefti nəql edilib

Ötən il Azərbaycandan 3,3 mln. ton tranzit Türkmənistan nefti nəql edilib
# 31 yanvar 2014 14:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 43,5 mln. ton neft nəql edilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac kəməri ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 33,0 mln. ton neft ötürülüb.

Keçən il ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 3,3 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.

Magistral qaz kəmərləri ilə 20,0 mlrd. kubmetr qaz nəql edilib və 3,9% artım qeydə alınıb. Nəql edilmiş qazın 23,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 4,7 mlrd. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR