Xaçmazda ot tayaları yanıb - FOTO

Xaçmazda ot tayaları yanıb - <span style="color: red;">FOTO
# 15 yanvar 2014 09:44 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunun Mürşüdoba kəndində yanğın hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, kənd sakini 1957-ci il təvəllüdlü Eynulla Sərdarova məxsus həyətyanı sahədə ot tayası yanıb. Yanğın nəticəsində 11 ton ot yanaraq yarasız hala düşüb. Alovun söndürülməsi üçün hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Yanğının qarşısı alınıb.

Daha bir yanğın hadisəsi Xaçmaz rayonunun Əbilyatağı kəndində qeydə alınıb. Burda da 450 ədəd ot tayası yanıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR