“AccessBank” yeni istiqraz emissiyasına hazırlaşır

“AccessBank” yeni istiqraz emissiyasına hazırlaşır
# 11 iyun 2014 11:36 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "AccessBank" QSC-nin hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd sənədsiz adlı istiqrazların buraxılışı qeydə alınıb.

Bakı Fond Birjasından (BFB) “APA-Economics”ə verilən məlumata görə, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-də həyata keçiriləcək.

Anderrayter qismində ”Paşa Kapital” MMC iştirak edəcək.

İstiqrazların faiz dərəcəsi 9%, 10 mln. manat emissiyanın həcmi kimi müəyyən olunub.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR