Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti Müsavat rəhbərliyinin Novella Cəfərovanın təhqirinə laqeyd qalmasını pisləyib

Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti Müsavat rəhbərliyinin Novella Cəfərovanın təhqirinə laqeyd qalmasını pisləyib
# 24 iyun 2013 10:44 (UTC +04:00)

Cəmiyyətdə APA-ya daxil olan bəyanatda bildirilir ki, necə gündür, bədxahların D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi, Müsavat Partiyasının üzvü, Müsavat başqanının müşaviri Novella Cəfərovaya qarşı şər, böhtan kampaniyası susmaq bilmir.

“Biz - D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin üzvləri Novella xanım Cəfərovanın həyat və mübarizə yoluna yaxından bələd olduğumuzu və bunun üçün şərəf duyduğumuzu bəyan edirik.

Novella xanım “Freedom House” təşkilatının hesabatı ilə bağlı fikrini bildirib. Bu, hər bir insan kimi Novella xanımın da bir vətəndaş, bir hüquq müdafiəçisi kimi hüququdur. Bununla bağlı Ramiz Yunusun okeanın o tayından özünə uyğun təhqiramiz ifadə işlədərək Novella xanımın Müsavatdan “qovulması” fikrini bəyan etməsi heç bir etik normalara sığmır.

Hesab edirik ki, bununla Ramiz Yunus bütün Türk dünyası qadınlarını təhqir edib.

Müsavat Partiyası yetkililəri!

Siz Novella xanımın təhqir edilməsinə necə laqeyd ola bildiniz? Ramiz Yunusa yerini göstərən cavab verə bilmədinizmi? Nədən? Novella xanıma edilən təhqir sizlərin heysiyyətinə toxunmurmu?

Novella xanımın şərəfli mübarizə yolu sizlərin gözü qarşısında olmayıbmı? Novella xanımın Azərbaycan dövlətinə və millətinə xəyanət edənlərə qarşı barışmaz olmasını bildiyiniz halda, nə üçün Novella xanımın Azərbaycan dövlətini və millətini sevməyən, hər fürsətdə ona qara yaxan, onun parçalanmasına çalışan bir ovuc tör-töküntülər tərəfindən təhqir olunmasına qarşı çıxmadınız?

Biz - D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin üzvləri Novella xanım Cəfərovaya Ramiz Yunusun həqarət etməsini, ünvanına təhqiramiz sözlər işlətməsini pisləyir və Ramiz Yunusdan Novella xanımın timsalında bütün Türk dünyası qadınlarını təhqir etdiyi üçün üzr istəməsini tələb edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR