Azərbaycanda «Humanitar mina təmizləmə fəaliyyətində geodeziya ölçmələri» mövzusunda təlim keçiriləcək

Azərbaycanda «Humanitar mina təmizləmə fəaliyyətində geodeziya ölçmələri» mövzusunda təlim keçiriləcək
# 13 may 2013 08:52 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. İyulun 22-dən avqustun 2-dək Azərbaycanda «Humanitar mina təmizləmə fəaliyyətində geodeziya ölçmələri» mövzusunda təlim keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən məlumat verilib.

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) birgə təşkil etdiyi təlimdə 15 nəfərin iştirakı planlaşdırılır. Təlim ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində təşkil olunacaq.

Qeyd olunan təlim kursunun əsas məqsədi coğrafi məkan məlumatları dəqiqliyi tələblərinin və şübhəli təhlükəli ərazilərin ləğv edilməsi prosesinin hər mərhələsində müvafiq toplama üsullarının istifadə edilməsinin təhlil olunmasıdır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR