«VTB-Azerbaijan» nizamnamə kapitalını artırıb

«VTB-Azerbaijan» nizamnamə kapitalını artırıb
# 02 dekabr 2013 07:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Bank VTB (Azerbaijan)» ASC adi, sənədsiz, adlı səhmlərinin emissiyasının yerləşdirilməsini başa çatdırıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, emissiyanın həcmi 27 mln. manat olub.

Bankın məlumatında deyilir ki, qiymətli kağızların yerləşdirilməsi iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə səhmlərə sahib olma üstünlüyü bankın səhmdarlarına, ikinci mərhələdə isə digər şəxslərə şamil olunub. Səhmlər səhmdarlar tərəfindən ilk mərhələdə əldə edilib.

Qeyd edək ki, bu emissiya iyul ayında qeydiyyata alınıb və noyabrın 25-də isə yerləşdirilmənin başa çatdırılması barədə hesabat Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim edilib.

Beləliklə, bankın nizamnamə kapitalı 50,815 mln. manata çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR