Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib - FOTOSESSİYA - VİDEO

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 17 aprel 2014 10:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ilk rübün yekunları ilə bağlı kollegiya iclası keçirilib.

İclasda çıxış edən nazir Əli Abbasov RYTN-nın yaradılması və fəaliyyət sahəsinin genişləndirilməsi haqda ətraflı çıxış edib.

Ə. Abbasov bildirib ki, 2014-cü ilin birinci rübündə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilə nisbətən 13,3% artıb. Bu sektor üzrə gəlirlər 381 mln. manat təşkil edib.

“Həmçinin İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9% təşkil edib. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. Eyni zamanda hər 100 nəfərə düşən internet istifadəçilərin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 55-ə bərabərdir. Beynəlxalq internet kanallarının ümumi tutumu isə 250 Gb/s-ə çatıb”, - deyə Ə. Abbasov qeyd edib.

Rabitə və yüksək texnologiyalar naziri həmçinin qurumun qarşıda duran vəzifələri, o cümlədən 2015-ci ildə keçiriləcək Avropa Yay Oyunlarında telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq tapşırıq və göstərişlərini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR