Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 6,8%-i siqaret çəkir

Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 6,8%-i siqaret çəkir
# 30 may 2013 12:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda 15-49 yaşlı kişilərin yarısı siqaret çəkir. 35-69 yaşlı kişilər arasında ağciyər xərçəngindən ölənlərin 85 faizi tütün çəkmə ilə bağlıdır”.

APA-nın xəbərinə görə, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev “Ümumdünya Tütünsüz Günü”nə həsr olunan tədbirdə deyib. O bildirib ki, kişilərin 77%-i ictimai yerlərdə, qadınların 41%-i isə evdə tütün tüstüsünə məruz qalırlar. Şöbə müdirinin sözlərinə görə, 40% insan siqareti evdə çəkir: “Ölkədə tütün çəkməyə başlamanın orta yaş həddi 19 yaşdır. Siqaretdən daha çox 35-44 yaş arası kişilər istifadə edir”.

Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin tütün çəkməsi ilə bağlı məsələyə gəlincə,

T. Musayev bildirib ki, ölkədə yeniyetmələrin 10,6%-i nə vaxtsa siqaret çəkib, 6,8%-i isə hazırda siqaret çəkir. Siqaret çəkənlərin 36,6%-i on yaşadək siqaret çəkməyə başlayıb. Heç vaxt siqaret çəkməyənlərin 10%-i növbəti ildə siqaret çəkməyə başlaya bilər. 30% siqaretçəkənlərin daha çox dostları onları bu məsələyə cəlb edirlər. 40% yeniyetmənin isə bir və ya hər iki valideyni siqaret çəkir. Tütün çəkmən 90% hallarda ağciyər xərçənginə, 75% hallarda xroniki bronxit, 25% hallarda isə ürəyin işemiyası kimi xəstəliklərə səbəb olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR