Cəzaçəkmə müəssisəsində narkotik vasitə aşkar edilib

Cəzaçəkmə müəssisəsində narkotik vasitə aşkar edilib
# 24 dekabr 2013 07:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və 15 saylı Cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə narkotik vasitələr aşkar olunaraq götürülüb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1962-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3, 66.3 və 67.5 maddələri ilə təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Babaəli Sahib oğlu Talıbovun şəxsi əşyalarına özünün iştirakı ilə baxış keçirilib. Bu zaman ona məxsus çantadakı idman paltarına aid baş örtüyündə gizlədilmiş 7 ədəd sellofan bükülüdə ümumi xalis çəkisi 3,940 qram olan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR