Xarici ölkələrin ombudsmanları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - VİDEO

Xarici ölkələrin ombudsmanları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - <span style="color: red;">VİDEO
# 20 iyun 2014 10:51 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Ombudsmanların XII Bakı beynəlxalq konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, dünyanın 15-dən çox ölkəsindən 30-dan artıq ombudsmana və onların nümayəndələrinə, ekspertlərə, beynəlxalq təşkilatların təmsilçilərinə və hüquqşünas alimlərə ermənilərin Qubada törətdiyi soyqırım barədə məlumat verilib.

Bildirilib ki, 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığından əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.

Qonaqlar gördüklərindən təsirləndiklərini deyiblər. Türkiyəli nümayəndə Serpil Çakın jurnalistlərə bildirib, bu dünyada baş verən dəhşətli hadisədir: “Müasir zamanda ümumilikdə soyqırım olmamalıdır. Bəzi ölkələr soyqırım olduğunu iddia edir, biz isə burada faktı gördük”.

Rusiyanın Orenburq vilayətinin ombusmanı Anatoli Çadov isə bildirib ki, onların vəzifəsi bundan sonra dünyada bu cür halların təkrarlanmasının qarşısını almaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR