Ukraynada yerli gənclər təşkilatının iştirakı ilə Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçiriləcək - FOTOSESSİYA

Ukraynada yerli gənclər təşkilatının iştirakı ilə Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçiriləcək  - <span style="color: red;">FOTOSESSİYA
# 11 fevral 2014 12:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB), Ukrayna Gənclər Assambleyasının və ASAİF təşkilatının birgə təşəbbüsü ilə Ukraynada fevral ayı “Xocalı ayı” elan olunub. UAGB-dən APA-ya verilən məlumata görə, bununla bağlı keçirilən toplantıda Ukraynanın bir sıra yerli gənclər təşkilatları da “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına qatıldıqlarını elan ediblər.

Toplantıda UAGB-nin sədri Anar Tahirov çıxış edərək 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində "Xocalıya Ədalət" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin 22 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri soyqırımın beynəlxalq ictimaiyyətə çatdırılmasında müstəsna rol oynadığını bildirib. Birliyin həmtəsisçiləri Cavid Hüseynzadə, İlhamə Allahverdiyeva, qurumun fəalları Oksana Əliyeva, Elməddin Zərbəlizadə, Kiyev şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Rafiq Novruzov ənənəyə uyğun olaraq bu il də “Xocalı ayı” çərçivəsində Ukraynanın bir sıra vilayət və şəhərlərində silsilə tədbirlərin keçiriləcəyini deyiblər. Ukrayna Gənclər Assambleyasının sədr müavini Andrey Şelepnitski Xocalı soyqırımının Ukrayna ictimaiyyətinə çatdırılması üçün təmsil etdiyi təşkilatın “Xocalıya Ədalət” kampaniyasına qoşulduğunu elan edib.

Toplantıda Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında yürüşlərin keçirilməsi, Xocalı soyqırımını əks etdirən foto-informasiya bukletlərinin paylanması, anım mərasimlərinin təşkil olunması və Xocalı faciəsi haqqında elmi-praktik seminarların keçirilməsi, ATƏT-in və BMT-nin Ukraynadakı nümayəndəlikləri qarşısında etiraz aksiyalarının təşkili müzakirə edilərək tədbirlər planına salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR