Təhsil İdarəsi Texniki Humanitar liseydə aparılan monitorinqin nəticələrini ləğv edib

Təhsil İdarəsi Texniki Humanitar liseydə aparılan monitorinqin nəticələrini ləğv edib
# 22 may 2014 12:20 (UTC +04:00)

BŞTİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Texniki Humanitar liseydə keçirilmiş monitorinq valideynlər tərəfindən narazılıqla qarşılanıb və sualların proqrama uyğun tərtib edilməməsi bildirilib. Bu səbəbdən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən suallar araşdırılıb. Nəticədə müəyyən sualların proqramdan kənar olması aşkarlanıb və monitorinqin nəticələri ləğv edilib.

Bu gün BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənli təhsil müəssisəsində olaraq bu qərarı pedaqoji kollektivin və valideynlərin diqqətinə çatdırıb.

Liseydə etiraz aksiyasının keçirilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR