Ermənistanla Rusiya arasında bir neçə saziş imzalanıb

Ermənistanla Rusiya arasında bir neçə saziş imzalanıb
# 02 dekabr 2013 17:21 (UTC +04:00)

Bakı-APA. Rusiya ilə Ermənistan arasında qaz sahəsinə aid bir neçə sənəd imzalanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, həmin sənədlər “ArmRosqazprom” QSC-nin səhmlərinin satışı, qazın qiyməti və “ArmRosqazprom” üçün güzəştləri nəzərdə tutur.

Konkret olaraq Ermənistan hökuməti Rusiyanın “Qazprom” şirkəti ilə “ArmRosqazprom” QSC-yə güzəştlərin edilməsinə dair saziş imzalayıb. Belə ki, Ermənistana satılacaq təbii qazın yeni qiyməti Rusiyanın daxili bazarına uyğun olacaq. Rusiya 2014-2018-ci illərdə Ermənistana hər il 2,5 milyard kubmetr qaz ötürəcək.

Qeyd edək ki, ”Qazprom“ “ArmRosqazprom”un nizamnamə kapitalında 80% paya, Ermənistan isə 20% paya malikdir.

Moskva ilə İrəvan həmçinin Ermənistana idxal olunan qaz, neft məhsulları və emal olunmamış almazlara ixrac rüsumlarının ləğvinə dair saziş imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR