Azərbaycanda tikinti xərcləri indikatoru kəskin azalıb

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin azalıb
# 20 fevral 2014 12:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2014-cü ilin yanvar ayı üzrə 13,2% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, dekabrda həmin indikator 184,7%, noyabrda isə 85,5% olub.

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbəti kimi hesablanır. Göründüyü kimi, indikator həm azalıb, həm də mənfi zonaya keçib. İndikatorun 100%-dən aşağı olması bu investisiyaların aylıq müqayisədə azalmasını göstərir:

Yanvarda indikatorun azalması dekabrda tikinti xərclərinin kəskin artması ilə bağlıdır. Ümumiyyətlə, cədvəldən göründüyü kimi, tikinti xərclərində müəyyən qanunauyğun müşahidə olunur. Belə ki, hər ilin dekabrında mənzil tikintisinə yönəldilən vəsaitlərin həcmi kəskin artır və bu, əsasən müəyyən işlərin həmin ildə tamamlanması zərurətindən irəli gəlir. Müvafiq olaraq hər ilin yanvarında bu vəsaitlərin həcmi azalır və həmin tendensiya yanvar-mart ayları ərzində davam edir.

Qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir. Bu indikator tikinti sahəsində fəallığı, bu sahəyə yönəldilən maliyyə vəsaitlərinin dinamikasını əks etdirir.

Ümumilikdə, 2014-cü ilin yanvarı ərzində mənzil tikintisinə 31,8 mln. manat həcmində investisiya qoyulub ki, bu illik müqayisədə 14,0% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR