Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İtaliyanın «Giovani nel Mondo» təşkilatının üzvləri ilə görüş keçirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İtaliyanın «Giovani nel Mondo» təşkilatının üzvləri ilə görüş keçirilib  - <span style="color: red;">FOTO
# 27 iyun 2013 12:44 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) İtaliyanın «Giovani nel Mondo» təşkilatının üzvləri ilə görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə çıxış edən nazir müavini Natiq Məmmədov Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar və onların nəticələri, gəncliyin inkişafı, o cümlədən gənclərin səmərəli məşğulluğunun təminatı sahəsində icra olunan dövlət proqramları haqqında danışıb.

Nazir müavini bildirib ki, son üç ildə nazirliyin Dövlət Məşğulluq Xidmətinin xətti ilə 36 mindən çox gənc münasib işlə təmin edilib, 9 min nəfərə yaxın gənc əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Ali təhsil müəssisələrində keçirilən aktiv məşğulluq tədbirlərində son iki ildə 2500 nəfərdən çox tələbə və məzunun işlə təminatına nail olunub.

N.Məmmədov Azərbaycanla İtaliya arasında bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın getdikcə gücləndiyini vurğulayıb.

«Giovani nel Mondo» təşkilatının rəhbəri Daniello Konte Azərbaycanla əməkdaşlığın inkişafında İtaliya gənclərinin maraqlı olduqlarını deyib, ölkəsində gənclərlə bağlı həyata keçirilən dövlət siyasəti barədə məlumat verib.

Görüşdə Azərbaycanda gənclərin məşğulluğunun təminatı sahəsində aparılan aktiv proqramlara dair təqdimatlar keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR