Cəzaçəkmə müəssisəsində məhkumdan qadağan olunmuş dərman götürülüb

Cəzaçəkmə müəssisəsində məhkumdan qadağan olunmuş dərman götürülüb
# 19 may 2014 07:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Cəzaçəkmə müəssisəsində məhkumdan qadağan olunmuş dərman götürülüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 120.2.1; 120.2.7; 120.2.11; 181.3.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Emil Söhrab oğlu Mustafayevin əşyalarına və üzərinə baxış keçirilib. Bu zaman ağ sellofana bükülmüş 275 ədəd “Tramadol” dərman həbləri aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR