Əməkdar rəssam Əşrəf Heybətin ilk fərdi yaradıcılıq sərgisi keçiriləcək

Əməkdar rəssam Əşrəf Heybətin ilk fərdi yaradıcılıq sərgisi keçiriləcək
# 05 mart 2014 16:26 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Martın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətin "İthaf. Şərq və Qərb arasında" adlı ilk fərdi yaradıcılıq sərgisi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sərgidə rəssamın müxtəlif zamanlarda çəkdiyi əsərlər təqdim olunacaq.

Ekspozisiyada rəssamın "Doğma vətən", "Dastan", "Ozan", "Mənim dünyam", "Bakı gözəlləri", "Köhnə şəhər üzərində böyük ay", "Bakının küləkli günü", "Şimşəkdən qabaq" kimi tabloları nümayiş olunacaq. Sərgi martın 19-dək davam edəcək.

Qeyd edək ki, Əşrəf Heybət 1951-ci ildə Bakıda anadan olub. Moskva, Fransa, İspaniya, İtaliya, İsrail, Hindistan, Misir, Türkiyə və bir sıra ölkələrdə fərdi sərgiləri keçirilən rəssamın əsərləri böyük maraqla qarşılanır. O, portret, mənzərə, natürmort janrlarında işlədiyi əsərlərlə bərabər, iri həcmli monumental əsərlərin də müəllifidir. Əşrəf Heybət Rusiya Federasiyası Rəssamlıq Akademiyasının, PDA beynəlxalq təşkilatının və UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Beynəlxalq "Sülh elçisi" mükafatı laureatı, Almaniyada "Bakı" Mədəniyyət Cəmiyyətinin sədridir. Əsərləri dünyanın 20-dən artıq ölkəsində nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR