Lənkəran teatrında yeni tamaşanın son məşqləri gedir - FOTO

Lənkəran teatrında yeni tamaşanın son məşqləri gedir - <span style="color: red;">FOTO
# 02 may 2014 18:45 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, insanın həyatda yerini tapmaq uğrunda apardığı mübarizəni əks etdirən tamaşanın süjet xətti çox sadədir. Böyük, cazibədar bir malikanənin sahibi ruhlar barədə dolaşan şaiyələr ucbatından öz imarətini heç cür icarəyə verə bilmir. Nəhayət o, bütün şaiyələrə son qoymaqdan ötrü evi təmənnasız olaraq yeni evlənmiş cütlüyə kirayəyə verməyi qərara alır. Ruhların dolaşdığı ev kimi məşhur olan bu sarayda həyat yoldaşı Mariya ilə birlikdə yaşamaqla əsərin baş qəhrəmanı Paskuale şəhər sakinlərini inandırmalıdır ki, evdə heç bir ruh yoxdur. Paskuale evin sahibi Alfredo ilə bağladığı “saziş” barədə arvadına xəbər vermir. Amma nəticə etibarı ilə o, arvadının məşuqunu ruhlara bənzətməklə özü də gülünc vəziyyətə düşür.

Əsərə teatrın baş rejissoru Tural Mustafayev quruluş verib. Rejissor “Ruhlar”a müraciət etməkdə əsas məqsədinin tamaşaçıların diqqətini cəmiyyətdəki mənəvi sapmalara yönəltməkdən ibarət olduğunu bildirib:” Sosial mühit insanı nə qədər sıxsa da, biz öz mənəviyyatımızı, müqəddəs dəyərlərimizi qoruyub saxlamalıyıq. Amma bəzən əksinə olur: sosial problemlər insanı sıxarkən və bundan çıxış yolu tapılmayanda ən müqəddəs varlıqlardan vaz keçilir”.

Tamaşada baş qəhrəman Paskuale rolunu teatrın istedadlı aktyoru Əbülfəz Axundov canlandırır. Digər rolları isə əməkdar artist Adil Zeynalov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Aynur Əhmədova, Niftulla Əsgərov və digərləri ifa edirlər.

Tamaşanın uğur qazanacağına şübhə etməyən yaradıcı heyət onu yaxın 10 gündə sənətsevərlərin mühakiməsinə buraxmağı nəzərdə tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR